8 yaşlı oğlanı elektrik cərəyanı öldürüb

Lənkəranda azyaşlını cərəyan vuraraq öldürüb.
 
Hadisə rayonun Göyşaban kəndində qeydə alınıb. 2009-cu il təvəllüdlü  Nuriyev Zaur Eldar oğlu transformatora toxunub, nəticədə cərəyan onu vuraraq öldürüb.
 Meyit müayinə olunması üçün Lənkəran şəhər morquna gətirilib.