8 yaşlı oğlan evin 2-ci mərtəbəsindən yıxılıb - MİNGƏÇEVİRDƏ

Mingəçevirdə azyaşlı uşaq evin eyvanından yıxılıb.
 
Hadisə ötən gün axşam saatlarında Mingəçevir şəhərinin Energetiklər qəsəbəsində qeydə alınıb.
 Qəsəbə sakini 2009-cu il təvəllüdlü Şabanov Əli İntiqam oğlu fərdi yaşayış evinin ikinci mərtəbəsinin eyvanından yıxılaraq ağır bədən xəsarətləri alıb. Kəllə-beyin travması alan azyaşlını dərhal Mingəçevir şəhər Mərkəzi Xəstəxanasına yerləşdiriblər.
 Xəstəxanadan verilən məlumata görə, uşağa tibbi yardım göstərilib, hal-hazırda vəziyyəti ağırdır.
 Faktla bağlı araşdırma aparılır.