​8 yaşında itən azərbaycanlı 12 ildən sonra tapıldı

Baxış sayı:
3850

Tehranda itkin düşən 8 yaşlı Salar Salmani 12 ildən sonra ailəsinə qovuşub.
2006-cu ildə Meşkinşəhrin Əhmədabad kəndində yaşayan ailə Tehrana yaşayan qohumlarının evinə qonaq gedib və onlarla birlikdə olan 8 yaşlı oğlanları Salar Salmani itkin düşüb.
“Tehranda olarkən onu çörək almağa göndərdik. Evdən çıxdı, bir daha geri dönmədi və biz Tehran polisinə bu barədə xəbər verdik. Lakin Tehran polisinin işə qarışması da bir fayda vermədi. Onu tapa bilmədik”, - Saların dayısı deyib.
20 yaşı olan Salar Salmani itkin düşməsi haqqında danışarkən deyib:
 “O gün bütün gecə küçələrdə fırlandım və nəhayət bir maşına minib Kərəcə getdim. Orada bir gənc oğlan məni gördü, qalmağa və işləməyə yer verdi. Həmin gəncin polis dostunun köməyi ilə indi ailəmi tapa bilmişəm”./axar/