8 ölkədən dollar qərarı!

Baxış sayı:
2389

Developinq Eight (D-8) Ticarət və Sənaye Palataları (TSO) baş assambleyası və biznes forumu, Antalyada Türkiyə Palatalar və Birjalar Birliyinin sədri (TOBB) Rifat Hisarcıklıoğunun ev sahibliyində keçirilib.
 
1997-ci ildə Refahyol hökumətinin baş naziri Nəcməddin Erbakanın başçılığı ilə 8 ölkənin bir araya gələrək yaratdığı beynəlxalq bir təşkilat olan D-8-də Türkiyə, Pakistan, Banqladeş, İndoneziya, İran, Malayziya, Misir və Nigeriya yer alır.
Keçirilən toplantıya D-8-in baş katibi səfir Dato Qu Jafaar Shaari, üzv 8 ölkənin ticarət və sənaye palatalarının birlik rəhbərləri iştirak edib.
D-8 üzv ölkələri arasındakı ticarətdə bu ölkələrin öz valyutalarının istifadə ediləcəyini də açıqlayan Shari, belə söyləyib:
“Maliyyə mexanizmlər çox əhəmiyyətli bir zərurətdir. Ticarət, turizm, səyahətlərin artırılması üçün və insanların maliyyə ehtiyaclarına cavab vermək üçündür. Bu münasibətlə D-8 ödəmə kartı layihəsini təkrar vurğulamaq istəyirəm. Bu sayədə məqsəd üzv dövlətlərin öz valyutalarını istifadə edərək ticarət etmələri və bu sayədə xarici valyutaların hakimiyyətini xüsusən ödəmələrdə azaltmaqdır. Bu yeni bir maliyyə sisteminin başlanğıcı olacaq və bu sayədə bizlər öz valyutalarımızı istifadə edərək ödəmələrimizi edə biləcəyik. Bu kontekstdə Türkiyə Mərkəz Bankının da səylərini təbriklə qarşılayırıq”.
Müxalifət.az