8 nəfərə qarşı dələduzluq edən qadın HƏBS OLUNDU - Məhkəmə qərarı

Baxış sayı:
5776

Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda ittiham edilən 1981-ci il təvəllüdlü Şıxıyeva Günel Oqtay qızının cinayət işi üzrə məhkəmə iclası başa çatıb.

Hakim Mahmud Ağalarovun sədrliyi ilə keçirilən iclasda hökm oxunub.

Hökmə əsasən, G. Şıxıyeva 5 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

O, məhkəmə zalında həbs olunub.

Qeyd edək ki, təqsirləndirilən Günel Şıxıyeva səkkiz nəfər zərərçəkmiş şəxsdən xarici ölkələrə, xüsusən də Sinqapura turizm səfəri təşkil etmək adı ilə pul alıb.

Aldığı pulun qarşılığında hətta müştərilərə təyyarə biletləri də satan Günel Şıxıyevanın əməlləri elə hava limanında üzə çıxıb. Günel Şıxıyevadan turizm paketini alan müştəri hava limanına çatan zaman təyyarə biletinin saxta olduğunu öyrənib.