8 NAMİZƏD SEÇKİ SAXTAKARLIĞINA QARŞI BİRLƏŞDİ - 43 saylı Sumqayıt III seçki dairəsindən namizədlər birgə bəyanat yaydı

Baxış sayı:
2656

43 saylı Sumqayıt 3-cü seçki dairəsindən deputatlığa namizədlər hakim Yeni Azərbaycan Partiyasının (YAP) namizədinin total saxtakarlıq yolu ilə seçdirildiyini bildirirlər.
Muxalifet.az
xəbər verir ki, YAP-ın “lider” namizədi Emin Hacıyevə qarşı birləşən 8 nəfər deputatlığa namizəd 43 saylı Sumqayıt 3-cü seçki dairəsində seçkinin nəticəsinin ləğvini tələb edir.
“9 fevralda keçirilən növbədənkənar seçkilərdə ciddi qanun pozuntularının baş verdiyini qeyd edərək, nəticələri seçicilərin iradəsini müəyyənləşdirməyə imkan vermədiyi üçün dairənin nəticələlərinin etibarsız sayılmasını, bu saxtakarlıqda iştirak edən insanların məsuliyyətə cəlb olunmasını tələb edirlər”, - deyə namizədlərin birgə bəyanatında vurğulanır.
Qeyd edək ki, məlum tələblə aşağıda adları qeyd olunan namizədlər çıxış ediblər:
İkram İsrafil
Kəramət Salah
Bəhruz Salmanov
Cavid Aslanov
Mehriban Mirzəliyeva
Emil Məmmədli
Əli Nağıyev
Xaliddin Cahangirov



Muxalifet.az