"8 min manat maaş alanlardan haqq tutulmayacaq, amma 200 manat alanlardan tutulacaq..." - Deputat

Baxış sayı:
14134

“Siz 200 manat maaşı təsəvvür edə bilirsiz? Şəxsən, mən təsəvvür edə bilmirəm. Bəlkə də belə bir məvacibi olsa-olsa həkimlər, tibb işçiləri ala bilər, çünki bildiyim qədər ən az maaş alan onlardır”.
Muxalifet.az “Qafqazinfo”-ya istinadən xəbər verir ki, bunu millət vəkili Elmira Axundova parlamentin Əmək və sosial siyasət komitəsinin iclasında çıxış edərkən deyib.
Millət vəkili sosial sığorta ilə bağlı bəzi dəyişikiliklərə də etiraz edib:“Necə ola bilər ki, 200 manatadək maaş alanlardan yeniləndirilmiş sığorta haqları, filan tutulacaq, amma 8 min manat alanlardan tutulmayacaq? Belə bir şey olar? Özü də Azərbaycanda məgər 8 min manat maaş alan var? Bəlkə siz tanıyırsız belələrini?! Olsa da, 50-100 nəfər... Amma qəribədir ki, onlardan tutulmayacaq, amma 200 manat maaş alanlardan tutulacaq. İnanın mən hələ təsəvvürə edə bilmirəm ki, bu gün belə məvacib olsun. Bu, biabırçılıqdır”.