"8 kilometr bazarı"nda kütləvi dava - 4 NƏFƏR...

Bir nəfər ağır xəsarət alıb
 
Bakının Nizami rayonunda kütləvi dava qeydə alınıb.
27 yaşlı Əliyev Xəqani Mehman oğlu "8 kilometr bazarı"nda 4 nəfər tərəfindən döyülərək ağır xəsarət alıb və 3 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib.
Faktla bağlı Nizami Rayon Polis İdarəsində araşdırma aparılır.