​8 il evindəki hücrədə gizlənən məhbus yaxalandı

Baxış sayı:
9415

Türkiyədə Van zəlzələsi zamanı həbsdən qaçmağa nail olan şəxs 8 ildən sonra yaxalanıb.
Muxalifet.az xəbər verir ki, məhkum gizlənmək üçün evində hazırlatdığı gizli bölmədə ələ keçib.
Onun 2011-ci ildə narkotik maddələrin emalı və ticarətində ittiham edilərək həbs edildiyi bildirilib.
Qeyd edək ki, 2011-ci ilin oktyabrın 23-də Türkiyənin Van şəhərində 6.7 bal gücündə baş verən zəlzələ böyük həcmdə dağıntı və insan tələfatı ilə nəticələnib.