8 Azərbaycan vətəndaşı donmaqdan SON ANDA XİLAS EDİLDİ - FOTO

Baxış sayı:
15085

Ötən gün fevralın 19-na keçən gecə Rusiyanın Saratov vilayətində xilasedicilər 8 Azərbaycan vətəndaşını, o cümlədən bir azyaşlını donmaqdan son anda xilas ediblər.

Fövqəladə situasiya ilə bağlı siqnal Xvalınsk rayonundan daxil olub. Məlumata əsasən Sızran-Saratov-Volqoqrad federal şosesinin 107-ci kilometrliyində içərisində sərnişinlər olan mikroavtobus xarab olub. Mikroavtobusun içində hamısı azərbaycanlı olmaqla 8 nəfərin olduğu bildirilir.

Hadisə yerinə gələn xilasedicilər mikroavtobusun sərnişinlərini xilas ediblər larvə onları yaxınlıqdakı kafeyə aparıblar. Məlumata görə bu insidentdən əvvəl Sızran-Saratov-Volqoqrad şosesinin həmin hissəsi pis hava şəraitinə görə bağlı elan edilmişdi./Virtualaz