8 Avropa Birliyi ölkəsi Türkiyəni dəstəklədi

Baxış sayı:
5032

Əsəd və Rusiyanın İdlibə hücum əməliyyatları davam edərkən, Avropa Birliyinin üzvü olan İtaliya, Almaniya, Fransa, Böyük Britaniya, Hollandiya, İsveç, Belçika və Polşanın nümayəndələri toplaşıb.
 
REJİM VƏTƏNDAŞLARA ƏZİYYƏT VERİR
 
Təhlükəsizlik Şurasının iclasında qrup adından danışan İsveçin BMT-dəki daimi nümayəndəsi Olof Skoog, tərəflərə diplomatik həll çağırışı edib.
Skoog, İdlibə keçiriləcək hərbi əməliyyatın regionu daha da təhlükəli vəziyyətə gətirəcəyinə diqqəti çəkərək, belə davam edib:
“Suriyanın şimal-qərbində, Suriya rejimi və Rusiya tərəfindən artırılan, vətəndaşlar üçün potensial bir fəlakətə çevriləcək hərbi fəallıqdan ciddi şəkildə narahatıq. İdlibə keçiriləcək tam miqyaslı bir hərbi təcavüz, bölgədə yaşayan bir milyon uşaq daxil olmaqla, 3 milyondan çox vətəndaşın həyatını təhlükəyə atacaq. Rejimin qəddar mühasirəsi və hərbi əməliyyatları səbəbindən onsuz da yerlərindən edilən mülki şəxslər də daxil olmaqla, bu yeni kütləvi miqrasiyalara səbəb olar".
Skoog, Suriyada hər hansı bir kimyəvi silah istifadəsinin da qəbul edilməz olduğunu vurğulayıb.
 
TÜRKİYƏYƏ DƏSTƏK VERDİLƏR
 
İdlibin Astana prosesi təminatçıları tərəfindən hərbi münaqişələrdən uzaq saxlanması öhdəliyinin verildiyi son region olduğunu xatırladan Skoog, "Bu nöqtəyə qədər təcili diplomatik səyləri üçün Türkiyə və BMT-yə dəstəyimizi açıqlayırıq" deyib.
Tehranda keçiriləcək Astana danışıqları üçün də xüsusilə əvvəlcədən razılaşdırıldığı şəkildə Rusiya və İrana atəşkəsə riayət etmələri çağırışı edən Skoog, ölkədəki əhali ilə tibbi və təhsil strukturlarının qorunmasının, beynəlxalq insan haqları çərçivəsində davamlı humanitar yardımların nəqliyyatının təmin olunmasının da Suriya rejiminin səlahiyyətində olduğunu bildirib.
Müxalifət.az