79 yaşlı xalq artisti 51 dəfə "jim" etdi - VİDEO

Baxış sayı:
12169

Xalq artisti Teymur Mustafayev (Teymur əmi) qonaq olduğu "Hər şey daxil" proqramında "jim" edib.

79 yaşlı müğənni özünə necə qulluq etməsindən danışıb:

"Səhər və günorta yemək yesinlər, şam yeməsinlər. Hər səhər idman etsinlər. 40 ildir 7 ağacdan düzəltdirdiyim taxtda yatıram. Üstünə isə dəvə yunundan olan nazik örtük örtürəm. Başımın altındakı isə ağacdan balış qoyuram".

Daha sonra yerə uzanan Teymur əmi 51 dəfə "jim" edib./axsam.az/