79 yaşlı kişini maşın vuraraq öldürüb - SALYANDA

Salyanda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
 
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, avqustun 25-də saat 21 radələrində Salyan şəhəri ərazisində Bakı şəhər sakini Simran Mehdiyev idarə etdiyi “KamAZ” markalı avtomobillə yolu keçən şəhər sakini, 79 yaşlı İngilis Məmmədovu vurub.
 Xəstəxanaya yerləşdirilən piyada orada ölüb.
 Faktla bağlı Salyan RPŞ tərəfindən araşdırma aparılır.