74 nəfər and içib Azərbaycan vətəndaşı oldu - FOTOLAR

Baxış sayı:
20635
13 mart 2019-cu ildə ölkə Prezidenti cənab İlham Əliyevin 74 nəfərin Azərbaycan Respublikasının vətəndaşlığına qəbul edilməsi haqqında imzaladığı sərəncamın icrası olaraq Dövlət Miqrasiya Xidmətində (DMX) həmin şəxslərin təntənəli andiçmə mərasimi keçirilib.
DMX-dan verilən məlmumata görə, Dövlət Miqrasiya Xidmətinin rəisi Vüsal Hüseynov tədbir iştirakçılarını salamlayaraq əlamətdar gün münasibəti ilə onları təbrik edib. Xidmət rəisi bildirib ki, ilbəil Azərbaycan vətəndaşlığını əldə etmək şərəfinə nail olmaq istəyən insanların sayında artım müşahidə olunur.
Ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında tolerant və multikultural, təhlükəsiz ölkə kimi tanınan Azərbaycan bu gün dünya dövlətləri sırasında sosial, iqtisadi, siyasi, mədəni, bir sözlə bütün sahələrdə dinamik inkişafı ilə fərqlənir. Məhz bu səbəbdən də Azərbaycanın tam hüquqlu vətəndaşı olmaq həqiqətən də böyük fəxr və xoşbəxtlikdir.
Çıxışının sonunda Xidmət rəisi milli-mənəvi dəyərlərimizi, qədim tarixi keçmişimizi, zəngin adət və ənənələrimizi özündə təcəssüm etdirən, qarşıdan gələn Novruz Bayramı münasibəti ilə tədbir iştirakçılarını təbrik edib.
Sonra vətəndaşlığa qəbul olunan 74 nəfər təntənəli şəraitdə Azərbaycanın dövlət bayrağı önündə Konstitusiyaya əl basaraq Azərbaycanın dövlət dilində ölkəmizə sadiq olacaqları barədə and içiblər. Tədbir dövlət himninin ifası ilə yekunlaşıb. Sonda xatirə şəkili çəkdirilib.