​73 yaşlı kişi göbələkdən zəhərlənərək öldü - ZAQATALADA

Zaqatala rayon sakini göbələkdən zəhərlənib.
Muxalifət.az xəbər verir ki, oktyabrın 31-i səhər saatlarında rayonun Makov kənd sakini, 1944-cü il təvəllüdlü Şaban Musa oğlu Şabanov kəskin zəhərlənmə əlamətləri ilə Zaqatala Mərkəzi Rayon Xəstəxanasının (MRX) reanimasiya şöbəsinə daxil olub.
Müayinə zamanı 73 yaşlı Şaban Şabanovun göbələkdən  zəhərləndiyi məlum olub. Elə həmin gün Şaban Şabanovun vəziyyəti ağır olduğu üçün Respublika Toksikologiya Mərkəzinə göndərilib. Şaban Şabanov bu gün səhər saatlarında mərkəzdə vəfat edib./apa/