700 PKK TERRORÇUSU KƏRKÜKƏ GİRDİ

Baxış sayı: 112

 İraq Türkmən Cəbhəsinin Kərkük şöbəsinin sədri Mehmet Ağaoğlu dünəndən bu günə 700 PKK-lı terroristin Kərkükə daxil olduğunu deyib.
 
Müxalifət.az bildirir ki, Türkiyə mediası İraq Türkmənlərinə istinadən PKK terrorstlərinin axın-axın Kərkükə gəldiyini xəbər verib.
 İraq Türkmən Cəbhəsinin (ITC) Kərkük şöbəsinin sədri Mehmet Ağaoğlunun bildirdiyinə görə, dünəndən bu günə Kərkükdə vəziyyət gərginləşəndən bəri 700 xüsusi təyinatlı PKK terrorçuları Kərkükə girib.
 Dünən gecə Kərkükdə Türkmənlərin vilayət mərkəzinə şəxsiyyəti müəyyən olunmayan şəxslər tərəfindən  bombalı hücum olub. Can itkisi, ya da yaralanan olmayıb. Hücumdan sonra mərkəzin binası Türkmən hərbi qüvvələri tərəfindən qoruma altına alınıb.
 Kərkükün giriş və çıxışlarında tank və ağır mexanizmli silahlara malik peşmərgələr mövqe tutublar. Bağdad tərəfdən Kərkükə son hərbi nəzarət giriş nöqtəsində isən İraq Ordusu və Haşdi Şabi milis gücləri yerləşiblər.
  Haşdi Şabi Türkmən Birliyinin Şimal Bölgəsi Komandir Müavini İrfan İmamlı deyib ki, "Türkmənlər hər hansı bir hücum, ya da müharibəyə hazırdır".
 Digər tərəfdən, Kərkükə 15 kilometr uzaqlıqda olan Tazehurmatu bölgəsində Haşdi Şabi Türkmən Qoşunları həyəcan vəziyyətində gözləyirlər.
 Haşdi Şabi Türkmən Qoşunlarının 16-ci Briqada Komandiri Nəbil İsanın bildirdiyinə görə, İraq Ordusu ilə Türkmən qoşunları birlikdə çalışırlar.
Müxalifət.az