7 yaşlı uşaq yanğında öldü

Cəlilabad rayonunda yanğın hadisəsi baş verib.
 
Hadisə rayonun Qarazəncir kəndində qeydə alınıb. Kənd sakini Əliyar Əliyevə məxsus birmərtəbəli 5 otaqlı fərdi yaşayış evi yanıb. Yanğın zamanı Ə.Əliyevin 7 yaşlı oğlu Hüseyn Əliyev tüstüdən zəhərlənmə nəticəsində ölüb.
Hadisə yerinə yanğınsöndürənlər cəlb edilib.
Yanğının başvermə səbəbləri araşdırılır.