​7 yaşlı uşağı bel ilə döydü

Baxış sayı:
6223

Cəlilabad rayonunda 7 yaşlı uşaq bel ilə döyüldü.
 
Muxalifət.az report-a istinadən xəbər verir ki, hadisə Cəlilabad şəhəri ərazisində qeydə alınıb.
Belə ki, şəhərin H.Aslanov küçəsində yaşayan, 2011-ci il təvəllüdlü Quliyev İbrahim Samid oğlu baş nahiyəsində bel ilə döyülərək baş və kürək nahiyələrindən ağır xəsarətlər alıb. Yaralı Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.