​7 yaşlı uşağı avtobus vurdu

Baxış sayı:
7957

Yevlaxda sərnişin avtobusu 7 yaşlı uşağı vuraraq öldürüb.
"Report"un məlumatına görə, hadisə rayonun Qoyunbinəsi kəndində qeydə alınıb.
Yaşadığı evdən qəfil yola çıxan 7 yaşlı Əsgərova Ləman Asim qızını kənd avtobusu vurub. Piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb.
Faktla bağlı araşdırma aparılır.