7 ÖLKƏ TÜRKİYƏNİ HƏDƏFƏ ALDI - Ortaq bəyanat

Baxış sayı:
18646

Türkiyənin Fəratın şərqindəki PKK / YPG terrorunu təmizləməyə və bölgəni real sahiblərinə verməyə yönəlik iradəsini qıra bilməyən ölkələr Vaşinqtonda bir araya gəlib və terrora dəstək verən bir bəyanat verib. Vaşinqtonda İŞİD əleyhinəı koalisiyanın 79 üzvünün bir araya gəldiyi yığıncağa paralel olaraq yeddi ölkə ayrı bir yığıncaq təşkil edib və Türkiyənin Suriya və terrorla mübarizə siyasətini hədəf alıb. ABŞ, Misir, Fransa, Almaniya, İordaniya, Səudiyyə Ərəbistanı və Birləşmiş Krallığın xarici işlər nazirləri bir araya gələrək Suriya mövzusunu müzakirə edib və ABŞ XİN vasitəsilə ortaq bəyanat yayımlanıb.
 
Əməliyyat əleyhinə çıxış
 
Türkiyənin Münbiç və Fəratın şərqində PKK / YPG terrorçularına yönəlik geniş əhatəli əməliyyata maneə törətməyə dönük bəyanatda, Birləşmiş Millətlər Təşkilatının (BMT) Təhlükəsizlik Şurasının (BMT TŞ) 2254 nömrəli qərarı və diplomatiya və beynəlxalq qərarlar istiqamətində BMT səylərinə dəstək veriləcəyi ifadə edilib. 7 ölkənin ortaq açıqlamasında, "Bölgənin sabitliyini pozmaq ya da hərbi bir həll axtarmaq istəyənlərin yalnız bölgədəki gərginliyi artıracağı və qarşıdurma riskini yüksəldəcəyinə ən güclü şəkildə inanırıq" sözləriylə Türkiyənin terrorla mübarizəyə yönəlik ola biləcək əməliyyatı hədəf alınıb. Bəyanatla sanki Türkiyəyə "bölgənin sabitliyini pozan güc" iftirası atılmaq istənib və terror təşkilatının nəzarətindəki bölgəni qoruma altına alma niyyəti bəyan edilib.
Qeyd edək ki, “Wall Street Journal” qəzeti keçən həftə dərc etdiyi xəbərində, ABŞ-ın Suriyada Qərb müttəfiqlərindən ibarət olan yeni bir güc meydana gətirərək Fəratın şərqində Türkiyə sərhədinə paralel qurulması planlanan tampon bölgəni bu gücə təhvil verməyi düşündüyünü yazmışdı. Xəbərə görə, Tramp rəhbərliyi terror təşkilatı PKK / YPG-ni qorumaq üçün dövrəyə soxduğu tampon bölgə fikrinin yeni yaradılmış Qərb gücüylə qorumağa çalışdığını istəyirdi. Qəzetin təqdim etdiyi planda, Vaşinqtonun öz qoşunlarını geri çəkib, yerinə  Fransa, İngiltərə və Avstraliyadan gələn hərbçiləri yerləşdirməyi nəzərdə tutulur.
Müxalifət.az