7 dildə kameralı şantaj: “O mesajları açmayın”!

Baxış sayı:
4786

 Beynəlxalq kiber şəbəkə yeni bir şantaj üsuluna əl atıb.
 
Minlərlə insana "Ön kamera ilə intim görüntülərini qeyd etdik. Əlimizdə cinsi məzmunlu görüntünüz var" şəklində mesaj e-poçtlara göndərilib. Şəbəkənin xüsusilə  kamera vasitəsilə cihazlarında cinsi məzmun izləyən istifadəçiləri hədəf aldığı iddia edilib. Ekspertlərin müşahidələrinə görə, kiber cinayətkarlar Türkcə də daxil, ən azı 7 dildə bu cür şantaj məktubları göndərib.
 Son hücum dalğasında, xüsusilə Avstraliya, ABŞ, İngiltərə, Almaniya, Fransa, İspaniya, Çexiya, Rusiya və Türkiyənin olduğu bildirilib. Kiber Təhlükəsizlik Eksperti Ondrej Kubovic,bu yalana inanaraq tələyə düşənlərdən 250 dollar ilə 2 min dollar arasında pul alındığını deyib: "Kiber təcavüzkarlar təxminən 0.45 Bitcoin, yəni 2 min dollar kimi bir pul tələb edir. Qurbanın e-poçtunu açandan sonrakı 48 saat ərzində ödəniş aparması tələb olunur. Əks təqdirdə, kiber cinayətkarlar sözügedən videoçarxı ünsiyyət məlumatları yer alan bütün insanlara göndərməklə təhdid edir".
 
ŞÜBHƏLİ MESAJLARI AÇMAYIN
 
 Poçt qutusundakı şübhəli “mail”-lərin açılmaması lazım olduğunu söyləyən Kubovic, bu xəbərdarlıqları edib: "Belə bir mesaj gördüyünüzdə tələsik davranmayın. Hər şeydən əvvəl dələduzluğa cavab verməyin, əlavələri yükləməyin, gömülmüş əlaqələri basmayın və qətiyyən təcavüzkarlara pul göndərməyin".
Müxalifət.az