7 avtomobilin əzilməsinə səbəb olan sürücü hadisə yerindən qaçıb - FOTO

Baxış sayı:
1395

Bakının Nərimanov rayonunda yol qəzası törədən sürücü hadisə yerindən qaçıb.

APA xəbər verir ki, hadisə Nəcəf Nərimanov küçəsində baş verib.

"Volkswagen" markalı avtomobilin sürücüsü yüksək sürətlə nəqliyyat vasitəsini idarə edərkən avtomobil "Hyundai" markaılı digər nəqliyyat vasitəsinə çırpılıb. İdarəetmədən çıxan "Volkswagen" yol kənarında dayanan beş avtomobilə çırpılıb. Qəza nəticəsində ümumilikdə 7 nəqliyyat vasitəsi yararsız hala düşüb. Hadisəni törədən sürücü daha sonra ərazidən qaçıb.

Faktla bağlı Nərimanov Rayon Polis İdarəsi tərəfindən araşdırma aparılır.