66 senatordan Ərdoğana HƏDƏ DOLU MƏKTUB

Amerikalı 66 senator, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğana, Türkiyədə məhbus olan keşiş Endryu Kreyq Brunson ilə bağlı məktub göndərib. Məktubda, Türkiyə sanksiya tətbiqi ilə təhdid olunub.
Terror təşkilatları FETÖ və PKK üçün Türkiyədə fəaliyyət göstərdiyi aşkar edilən və həbs olunan Amerikalı keşiş Brunson üçün ABŞ-dan Türkiyəyə təhdid dolu məktub göndərilib.
Amerikanın “NBC” kanalının xəbərinə görə, həm Respublikaçı, həm də Demokrat Partiyasından 66 senator, Ərdoğana göndərdikləri məktubda, Brunsonun mühakiməsi ilə bağlı Türkiyəyə qarşı bəzi tədbirlər görə biləcəkləri ilə təhdid edib.
SANKSİYACƏHDLƏRİMİZİ DAVAM ETDİRƏCƏYİK
Məktubun imzalayanlardan Respublikaçı Senator Ceyms Lankford ilə Demokrat Senator Janna Shaheen də Türk rəsmilərini hədəf alan sanksiyalara qarşı səylərini davam etdirəcəklərinə dair bəyanat verib.
UZUNMÜDDƏTLİ TƏRƏFDAŞLIĞIMIZA XƏLƏL GƏTİRİR
Brunsonun "Türk hökumətinin bəzi ünsürləri tərəfindən siyasi girov kimi alındığını, bunun iki böyük ölkə arasında uzunmüddətli tərəfdaşlığa zərər verdiyi yazılan məktubda, “ABŞ-ın ədalətin yerini tapması məsələsində səbrli olduğu" ifadə edilib.
FETÖ SENATORLARA PUL PAYLAYIR
Qeyd edək ki, ötən illərdə, FETÖ-nun verdiyi rüşvətlər sayəsində bir çox senator oxşar şəkildə Türkiyə və Ərdoğan haqqında məktublar hazırlamış, müsahibələr vermişdilər.
Müxalifət.az