65 yaşlı Qusar sakini dənizdə batıb

Bu gün Xəzər dənizinin Xaçmaz rayonu sahillərində 65 yaşlı kişi dənizdə batıb.
 
Qusar rayon sakini, 1952-ci il təvəllüdlü Arif Əsgərov Nabranda dənizdə çimərkən boğulub. Onun meyiti tibbi ekspertizadan keçirilməsi üçün Xaçmaz Mərkəzi Rayon Xəstəxanasının Morquna gətirilib.
 Faktla bağlı araşdırma aparılır.