62 yaşlı kişi avtomobilində bıçaqlanaraq qətlə yetirildi - SUMQAYITDA
9-05-2018 14:34
Baxış sayı:
2863
Sumqayıt şəhərində 62 yaşlı kişinin meyiti maşınında tapılıb.
Muxalifət.az xəbər verir ki, hadisə şəhərin Hacı Zeynalabdin Tağıyev qəsəbəsində qeydə alınıb.
Belə ki, 1956-cı il təvəllüdlü Aydın Şıxəliyevin meyiti onun idarə etdiyi "Mercedes" markalı avtomobildə tapılıb. Araşdırma zamanı onun bıçaqlanaraq qətlə yetirildiyi məlum olub.
Faktla bağlı araşdırma aparılır./report/