6 polis öldürüldü, 22 nəfər yaralandı - TERROR

İçərsində 35 polis əməkdaşının olduğu avtomobil yola qoyulan minaya düşərək partlayıb
Pakistanın şimal-qərbində törədilən terror aktı nəticəsində azı 6 polis əməkdaşı öldürülüb, 22 nəfər yaralanıb.
“GEO TV” xəbər verir ki, məlumatı təhlükəsizlik xidməti yayıb.
İnformasiyaya əsasən, içərsində 35 polis əməkdaşının olduğu avtomobil yola qoyulan minaya düşərək partlayıb.
Hadisənin səbəbi araşdırılır.