​6 otaqlı ev yandı - GƏDƏBƏYDƏ

Gədəbəydə ikimərtəbəli evdə yanğın baş verib.
Trend-ə FHN-dən verilən məlumata görə, rayonun Gödəkdərə kəndində ikimərtəbəli 6 otaqlı evin dam örtüyü, 1 otağının yanar konstruksiyaları və ev əşyaları 80 m² sahədə yanıb.
Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.