6 məktəbli hərəkətdə olan mikroavtobusdan yıxıldı

Gürcüstanda Batumi-Axaltsixe magistral yolu ilə hərəkət edən mikroavtobusdan 6 məktəbli yıxılaraq xəsarət alıb. APA-nın gürcü mətbuatına istinadən verdiyi xəbərə görə, avtobusda ekskursiyadan qayıdan 6-cı sinif şagirdləri, onların valideynləri və müəllim olub.
İlkin məlumata görə, insidentə səbəb məktəblilərin hərəkətdə olan mikroavtobusun qapısını açması olub.
Xəsarət alan məktəblilər xəstəxanaya yerləşdirilib, araşdırma aparılır.