6 min nəfərdən çox silahlı TERROR HAZIRLIQLARI GÖRÜR - Bu ölkə həyəcan təbili çalır...

Baxış sayı:
3130

Tacikistanla həmsərhəd Əfqanıstanın şimal əyalətlərinə altı mindən çox xarici silahlı toplanıb. Bu haqda Tacikistan Sərhəd Xidmətinin rəhbəri Racabali Rahmonali jurnalistlərə bildirib.

O deyib ki, Əfqanıstanın Bədəxşan, Kunduz və Taxor əyalətlərində ümumilikdə 16 min 770 silahlı toplanıb ki, bunun da 6 min 370 nəfəri xaricilərdir. Onlar bu əyalətlərdə 36 terror hazırlıq düşərgəsi yaradıb. Bunlar əsasən, “Taliban”, “Ansorullox”, “Türküstan İslam Hərəkatı” və İŞİD terrorçularıdır. Tacikistan və Əfqanıstanla həmsərhəd digər dövlətlər təbii ki, bundan narahatdır.

Xatırladırıq ki, Tacikistanın Əfqanıstanla 1344 kilometr sərhədi var.