6 günlük körpənin qatili nənəsi deyil - ŞOK İDDİA

Baxış sayı: 224

Lənkəranın Darquba kəndində öldürülən 6 günlük körpə Nurullayev Mələk Şaiq qızının ölümü ilə bağlı sözügedən kənddə yeni şayiələr yayılıb.
 
İddiaya görə, ürəyinə iynələr sancılaraq öldürülüb, daha sonra su quyusuna atılan körpənin qatili heç də nənəsi Atifə Nurullayeva deyil.
Kənd camaatı iddia edir ki, körpəni öldürən onun doğma əmisi Faiq Nurullayevin həyat yoldaşı olub. Səbəb isə bir uşaqdan sonra ikinci uşağa hamilə qala bilməyən əmi arvadının, ikinci dəfə uşaq dünyaya gətirən qaynı arvadına qısqanclığıdır.
Bildirilir ki, hadisə baş verdikdən sonra polisə ilk olaraq məlumat verən körpənin atası Şaiq Nurullayev olub. Araşdırmadan sonra ilk şübhəli olaraq isə istintaqa körpənin əmisi F.Nurullayevin həyat yoldaşı cəlb edilib. Ancaq daha sonra bütün şübhələri körpənin nənəsi A.Nurullayeva öz üzərinə götürüb və hadisəni özü törətdiyini etiraf edib.
Ancaq darqubalılar iddia edib ki, ilkin araşdırma zamanı həmin gecə evdə olan hər kəsdən qan analizi götürülüb. Analizin nəticələrinə görə, evdə gecələyən hər kəsin qanında yuxu dərmanı aşkarlanıb, bircə öldürülən körpənin əmisi F.Nurullayevin həyat yoldaşından başqa.
Şayiələrə görə, hadisə baş verən gecə körpənin əmisi arvadı evdəkilərin yeməyinə yuxu dərmanı qataraq, hamını yatırdıb və hadisəni törədib.
F.Nurullayev isə həyat yoldaşının həbs edilməməsi üçün anasından qətli öz üzərinə götürməsini istəyib və beləliklə də A.Nurullayeva təqsirsiz olduğu halda qətli öz üzərinə götürüb.
Xatırladaq ki, A.Nurullayevanın hər iki gəlini öz qohumudur. Körpəsi öldürülən gəlini bacısının, körpəni öldürdüyü iddia edilən gəlini isə baldızının qızıdır. Gəlinlər arasında qısqanclığa səbəb də A.Nurullayevanın öz bacısı qızı olan gəlininə qarşı daha qayğıkeş olması olub.
Sözügedən məlumatlala bağlı Lənkəran Rayon Prokurorluğu ilə əlaqə saxıladıq. Prokurorluqdan Axar.az-a bildirdilər ki, baş vermiş hadisə ilə bağlı araşdırma davam etdiyi üçün heç bir məlumat verə bilməzlər.
Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyindən də bildirildi ki, məlum hadisə ilə bağlı ekspertizanın rəyi avqustun 20-dək məlum olacaq.
Qeyd edək ki, qan donduran hadisə 29 iyul tarixində Lənkəran rayonunun Darquba kəndində Nurullayevlər ailəsində baş verib. Öldürülən 6 günlük Nurullayeva Mələk Şaiq qızının anası Valiyə Nurullayeva səhər vaxtı yuxudan ayılanda körpəsinin beşikdə olmadığını görüb. Həyat yoldaşı Şaiq Nurullayev körpənin oğurlanması ilə bağlı polis şöbəsinə məlumat verib. Uşağın yoxa çıxdığı müddətdə evdə ata-anadan başqa gəlini ilə bir otaqda yatan nənə Arifə Nurullayeva və uşağın altıaxşam şənlik məclisi üçün Bakıdan gələn daha bir neçə yaxın qohum olub. Hadisə yerinin müayinəsi zamanı ölmüş körpənin meyiti həyətdəki üstü bağlı 5 metrlik quyuda aşkar edilib.