6-cı mərtəbədən yıxılan uşaq SAĞ QALDI – MÖCÜZƏ

Bakıda 2 yaşlı uşaq ehtiyatsızlıqdan binanın 6-cı mərtəbəsindəki mənzilin pəncərəsindən yıxılıb.
 
Hadisə Qaradağ rayon Sahil qəsəbə B.Əliyev küçəsindəki 9 mərtəbəli binada baş verib. 2015-ci il təvəllüdlü Əli Hüseynli yaşadığı altıncı mərtəbədəki mənzilin pəncərəsindən yıxılıb. Xoşbəxtlikdən o, ikinci mərtəbədə yaşayan qonşunun quraşdırdığı paltar sərmək üçün iplərə ilişib və yüngül xəsarətlər alıb.
Azyaşlı daha sonra xəstəxanaya aparılıb və ciddi zədə almadığından evə buraxılıb.