59 yaşlı Kerimin FACİƏVİ SONU: Şəkil çəkmək üçün ağaca çıxdı... - FOTO

Baxış sayı:
5092

Türkiyənin Antalya bölgəsində faciəvi hadisə baş verib. 
Muxalifet.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Kerim Daş adlı şəxs 1 may tətilində ailəsi və dostları ilə birlikdə gəzməyə gedib. İstirahətə yollananlar geri dönməzdən əvvəl xatirə üçün təbiətin şəklini çəkmək istəyiblər. 
Bu zaman 59 yaşlı Kerim şəkil çəkmək üçün 20 metr yüksəkliyində bir ağaca çıxıb. Lakin müvazinətini saxlaya bilməyib və ağacdan yıxılıb. Ailəsi və dostları dərhal təcili tibbi yardıma və polisə xəbər verib. 
Hadisə yerinə gələn təcil tibbi yardım kişini müayinə edib və həyatını itirdiyini bildirib. 

Şəkil çəkmək üçün ağaca çıxdı, faciəvi şəkildə öldü - foto