58 yaşlı qadın özünü ASIB - ŞƏKİDƏ

Şəkidə 58 yaşlı qadın intihar edib.
 
Hüquq-mühafizə orqanlarından verilən məlumata görə, iyulun 11-i axşam saatlarında rayonun Bideyiz kənd sakini, 1959-cu il təvəllüdlü Gülarə Elməddin qızı Qafarovanın meyiti yaşdığı evin həyətyanı sahəsindəki yardımçı tikilidə asılı vəziyyətdə aşkarlanıb. Ailəli və üç uşaq anası olan Gülarə Qafarovanın intihar etdiyi müəyyənləşib.
 Məlumatda bildirilir ki, Gülarə Qafarova son zamanlar əsəb xəstəliyindən əziyət çəkib.
 Faktla bağlı Şəki rayon prokurorluğunda CM-nin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlayıb, araşdırma aparılır.