​57 yaşlı meymuna təmtəraqlı ad günü keçirildi - Ritanın şərəfinə "Happy Birthday" mahnısı oxundu

Baxış sayı:
627

Hindistan paytaxtı Dehlidə rəsmilər Rita adlı şimpanzenin 57 yaşının tamam olmasını ad günü mərasimi üslubunda qeyd edib.
Rita Dehli zooparkının ən yaşlı sakini sayılır.
Ad günündə şimpanzeyə hədiyyələr verilib, bayram tortu kəsilib, mərasimidə iştirak etmiş məktəb şagirdləri Ritanın şərəfinə ənənəvi "Happy Birthday" mahnısını ifa edib.
Hindistanın ən yaşlı yaşayan şimpanzesi olan Rita 1960-cı ildə Amsterdamda doğulub və Dehli zooparkına dörd yaşında gətirilib.
"Rita çox "mehriban" meymundur və özünü "xanım" kimi aparır", - zoopark direktoruRenu Singh BBC-yə deyib. - "Ad günündə biz ona uzun ömür və möhkəm sağlamlıq arzulayırıq".