54 yaşlı kişi özünü kanala atıb - İNTİHAR

Ağcabədi rayonu ərazisində Qarabağ su kanalında batan şəxsin kimliyi məlum olub.
 
Kanalda batan şəxsin Laçın rayonunun Şeylanlı kəndindən olan məcburi köçkün, 1963-cü il təvəllüdlü  İsmayılov Tofiq Cəlil oğlu olduğu bildirilir.
 İlkin məlumata görə, həmin şəxs özünü kanala atıb.
 Ağcabədi rayonunun Qaradolaq kəndində məskunlaşan şəxsin psixoloji problemlərinin olduğu bildirilir.
 Hazırda xilasedicilərin axtarışları davam edir.
 T. İsmayılov ailəlidir, 3 övladı var.