54 yaşlı Hülya Avşar belə kişilərlə EŞQ İSTƏYİR...

Baxış sayı:
3979

Müğənni Hülya Avşar gənc kişilərlə görüşmək istəmədiyini bildirib.
 
Publika.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, 54 yaşlı Hülya Avşar kişilərdə axtadığı xüsusiyyətləri sadalayıb.
 
Münasibətdə gözlədiyi meyarları açıqlayan ulduz bildirib ki, gənc kişilərlə görüşmək istəmir:
 
“Münasibətlərdə əvvəl hörmət və əmin-amanlıq gəlir. Eyni evin içində bir-birimizin varlığını hiss edərək yox olmağı bacarmalıyıq. Gənc sevgili istəmirəm. Öyrənməyi, inkişaf etməyi sevirəm. Bu da məndən kiçiklərlə mümkün deyil. Kişinin zəkası, mədəniyyət səviyyəsi hər şeydən önəmlidir".