53 yaşlı qadını avtomobil vuraraq öldürdü - GÖYÇAYDA

Baxış sayı: 28

Göyçay rayonunda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
APA-nın yerli bürosunun xəbərinə görə, Göyçay şəhərinin Natəvan küçəsində 1964-cü il təvəllüdlü Mirzəyeva Tükəz Rəhimxan qızı yolu keçmək istəyərkən “Opel” markalı minik avtomobili onu vurub. Göyçay rayon Mərkəzi Xəstəxanasına aparılan qadının həyatını xilas etmək mümkün olmayıb. 
Faktla bağlı Göyçay rayon Polis Şöbəsi araşdırma aparır.