“5000 manat alaraq yerimə başqasını təyin etmək üçün məni işdən çıxardılar” – HƏRBÇİDƏN PREZİDENTƏ MÜRACİƏT

Baxış sayı:
6793

Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Elşən Mehtiyev küç.ev 008 “A” kirayədə yaşayan gizir İbrahimov Fərid Nəbi oğlu tərəfindən Muxalifet.az-ın redaksiyasına şikayət məktubu daxil olub. Hərbi hissə komandiri tərəfindən əsassız olaraq işdən çıxarıldığını bildirən şikayətçi president İlham Əliyevə, müdafiə naziri Zakir Həsənova və digər səlahiyyətli qurumların rəhbərlərinə müraciət edir: “Canab Ali Baş Komandan! 12 aprel və 16 may 2018-ci il tarixlərində mənim əsassız olaraq işdən çıxarılmam barədə rəsmi müraciətlərimə baxmayaraq, hələ də bir vətəndaş olaraq qaldırdığım məsləyə baxılmır və cavab verilmir. Baxmayaraq ki, bu barədə cənab Ali Baş Komandandan barəmdə Hərbi hissə rəhbərliyinin qəbul etdiyi əsassız qərarın yerində araşdırlması və qanunauyğun tədbir görülməsi üçün aidiyyatı orqanlara şəxsi nəzarətiniz altında göstəriş verməyinizi xahiş etmişdim. Çox təəssüflənirəm ki, həm elektron, həm də kağız daşıyıcılarla dövlət başçısına etdiyim təkrar müraciətlərə aradan keçən 57 gün müddətində heç bir cavab verlmir və araşdırma aparılmır. Axı hərbçiyə qarşı belə ədalətsiz mövqe sərgiləmək düzgün deyil. Müdafiə Nazirliyi ən azından formal bir cavab yazıb göndərsəydi, bilərdim ki, "Vətəndaşların müraciətləri haqqında" Prezident sərəncamına bir az hörmət qoyulur. Amma reallıq bunun əksini göstərir. Çox hörmətli Ali Baş Komandan, cənab İlham Əliyev! Hazırda mən təcrübəli hərbçi kimi 2 aydır evimdə oturub, iki azyaşlı övladımın və dializ xəstəsi olan anamın üzünə baxa bilmirəm. Yəni xidmət etdiyim hərbi hissə komandanlığının konkret subyektiv maraqlarına uyğun olaraq, əsassız şəkildə, bəhanə ilə işdən çıxarıldım. Bunun motivi və əsas səbəbi də budur ki, boş qalan vakant yerimə 5000 manat alıb kimisə qoysunlar. Amma belə də pul qazanmazlar axı! Sizdən çox xahiş edirəm ki, mənim şikayətimə yerində baxılaraq qanunvericilikdə nəzərdə tutulmuş cəzanın verilməsi üçün aidiyyatı üzrə göstəriş verəsiniz”. Muxalifet.az Redaksiyadan: Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.