50 yaşlı kişini elektrik vurub öldürdü
4-08-2017 20:46
Lənkəran rayonunda 50 yaşlı kişini elektrik cərəyanı vuraraq öldürüb.
Hadisə rayonun Balıqçılar qəsəbəsində qeydə alınıb.
Belə ki, həmin qəsəbənin elektriki olan 1967-ci il təvəllüdlü Muxtar Məmmədkərim oğlu Tağıyevi ehtiyatsız davranması səbəbindən cərəyan vurub.
O, Lənkəran rayon Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının həkim briqadası hadisə yerinə gələnəcən dünyasını dəyişib.
Faktla bağlı araşdırma aparılır.