50 yaşlı kişi elektrik cərəyanı vurmasından ÖLÜB - BƏRDƏDƏ

Bərdə rayonunda 50 yaşlı kişini elektrik cərəyanı vuraraq öldürüb.
 
Hadisə rayonun Xanağalı kəndində baş verib.
 Kənd sakini Bəhmən Şəmdinov elektrik naqillərinin bərpası ilə məşğul olarkən ehtiyatsızlıqdan əlini 10 min votluq elektrik xəttinə vurub. Nəticədə o, hadisə yerində həyatını itirib.
Faktla bağlı araşdırma aparılır.