50 min qadın zorakılığa YOX dedi - ETİRAZ AKSİYASI

Baxış sayı:
413

Parisdə qadın zorakılığına qarşı keçirilən etiraz aksiyasında təxminən 50 min insan iştirak edib.

Muxalifet.az bildirir ki, kişilər və qadınlar "seksizmə, cinsi təcavüzə və qadın zorakılığına son ver" şuarları ilə nümayiş keçirdiblər.

Aksiyada Müriel Robin, Jüli Geyyo, Aleksandra Lami kimi məşhur şəxslər iştirak ediblər və etirazçıların ön cərgələrində yer tutublar. Fransanın Lil, Bordo, Ren, Strasburq və Tuluza şəhərlərində də oxşar aksiyalar keçirilib.

Qeyd edək ki, Fransada ötən il 121, bu il ən az 116 qadının məişət zorakılığından öldüyü bildirilir. Ölkənin Baş naziri Eduard Filip, noyabrın 25-də məişət zorakılığı ilə mübarizə üçün "konkret tədbirlər" siyahısını təqdim etməlidir.