50 avtomobil eyni anda toqquşdu - VİDEO

Baxış sayı:
8593

İspaniya paytaxtı Madriddən təxminən 90 kilometr aralıda yerləşən avtomagistralda 50-dən çox avtomobilin iştirakı ilə ağır yol qəzası baş verib. Nəticədə 35 nəfər həlak olub.

Muxalifet.az oxu.az-a istinadən xəbər verir ki, qəza sahəsinin uzunluğu iki kilometrə yaxındır.

Hadisənin əlverişsiz hava şəraiti, o cümlədən bölgəyə düşmüş güclü qarla əlaqədar olduğu deyilir.

Kütləvi qəza Somosyerra rayonunun ərazisində qeydə alınıb. Yaralılardan birinin vəziyyətinin ağır olduğu bildirilir. Qəzanın baş verdiyi avtomagistral bağlandı.