5 yaşlı uşağı maşın vurub - SUMQAYITDA

Sumqayıt şəhərində 5 yaşlı uşağı maşın vurub.
 
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, iyunun 9-da Sumqayıt şəhərinin S.Vurğun küçəsində müəyyən edilməyən avtomobillə yolu keçən şəhər sakini 5 yaşlı Muhammad Ələkbərli vurulub. Uşaq xəsarətlə xəstəxanaya yerləşdirilib.
 Sumqayıt Şəhər Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində yol-nəqliyyat hadisəsini törətməkdə şübhəli bilinən, "VAZ-21124" markalı avtomobili idarə edən şəhər sakini Vüqar İsgəndərov saxlanılıb.