5 terrorçu mağaraya sıxışdırılmışdı: Yeni gəlişmə...

Baxış sayı:
5365

Türkiyənin Tuncəli vilayətinin Qutu Dərəsində Jandarma Xüsusi Hərəkat Birliklərinin bir mağarada gizlənmiş terrorçulara qarşı əməliyyatda 5 terrorçu silahlarıyla birlikdə təsirsiz hala gətirilib.
 
Türkiyənin Daxili İşlər Nazirliyindən edilənə açıqlamada, ''Daxili təhlükəsizlik əməliyyatları çərçivəsində, Tuncəlinin Qutu Dərəsində Jandarma Xüsusi Hərəkat Birliklərinin bir mağarada gizlənmiş terrorçulara qarşı keçirilən əməliyyatda 5 qadın terrorçu silahlarıyla birlikdə təsirsiz hala gətirilmişdir'' deyə bildirilib.
Müxalifət.az