​5-ə qədər saya bilmədiyi üçün atası işgəncə verdi - Şok olay

Baxış sayı:
3985

Rusiyada yaşayan əslən azərbaycanlı olan Bəhram adlı şəxs 4 yaşlı uşağı xüsusi amansızlıqla döyüb.
Muxalifet.az xəbər verir ki, Rusiyanın Krasnoyarsk şəhərində yaşayan 20 yaşlı Bəhram sevgi münasibəti yaşadığı qadının 4 yaşlı qızını kəmərlə zərbələr endirib..
Qızın başında, kürəyində, çiyinlərində yaralar əmələ gəlməsinə səbəb olan Bəhram bildirib ki, qızın anası da bu hadisəyə şahid olub, lakin heç bir addım atmayıb. Bəhramın qıza 15 dəfə kəmərlə zərbə yetirməsinə səbəb isə onun 5-ə qədər saya bilməməsidir.
Körpə qızın vəziyyətini görən qonşu polisə xəbər verdikdən sonra hadisənin üstü açılıb. Qonşunun sözlərinə görə, belə davam edərsə qızın öləcəyindən qorxub.
Hazırda Bəhramı 7 ilə qədər həbs gözləyir. Körpə isə xəstəxanaya yerləşdirilib. Tibb bacısının sözlərinə görə, qız asanlıqla 5-ə qədər saya bilir, ancaq o, çox qorxur və Bəhramın adını eşitdikdə əsməyə başlayır.