5 AY KOMADA QALDI, HƏYATA QAYTARMAQ MÜMKÜN OLMADI - Vətən müharibəsi şəhidinin nəşi Sabirabada gətirilib

Baxış sayı:
402

Vətən müharibəsi zamanı yaralanaraq 5 ay komada qalan şəhid əsgərin nəşi dəfn edilmək üçün Sabirabada gətirilib.

"Report"un Muğan bürosu xəbər verir ki, əsgər Balakişiyev Zamin Dadaş oğlu dünən müalicə olunduğu hospitalda vəfat edib.

Şəhid əsgər vida mərasimindən sonra doğulduğu Sabirabad rayonunun Qaralar kənd qəbiristanlığında dəfn ediləcək.

Şəhidimiz nişanlı idi.

Qeyd edək ki, Zamin Balakişiyev 2001-ci ildə Sabirabad rayonunun Qaralar kəndində anadan olub.

Ali Baş Komandanın sərəncamı ilə “Laçının azad olunmasına görə” medalı ilə təltif edilib.

Allah rəhmət eləsin!