48 yaşlı kişi bıçaqlandı - BAKIDA

Hadisə Nəsimi rayonu Cavadxan küçəsində baş verib
 
Bakıda 48 yaşlı kişi bıçaqlanıb.
Hadisə Nəsimi rayonu Cavadxan küçəsində baş verib.
48 yaşlı Vəfa Hacıyev sözü gedən ünvanda tanımadığı şəxslə mübahisə edib. Nəticədə o, bir neçə bıçaq xəsarəti alaraq 1 saylı Kliniki Tibbi Mərkəzə gətirilib. Hazırda Vəfa Hacıyevi bıçaqlayan şəxs və şəxsləri Nəsimi rayon polis idarəsinin 19-cu polis bölməsinin əməkdaşları axtarır.