48 min manatlıq oğurluq faktı necə ört-basdır edilib… – “Müstəntiq oğurluğu boynuna alan İlqar Quliyevin səmimi etraf ifadəsini dəyişib” - PREZİDENTƏ MÜRACİƏT

Baxış sayı:
1204

Xocalı rayon Cəmilli kənd sakini, hazırda Bərdə rayonu, Yeni qəsəbə, bina 1, mənzil 21-də məskunlaşan ikinci qrup Qarabag Əlili, şəhid bacısı Cavadova Telyana Ədil Qizi tərəfindən Muxalifet.az-ın redaksiyasına şikayət məktubu daxil olub. Saytımız vasitəsilə Prezident  İlham Əliyevə və digər səlahiyyətli qurumların rəhbərlərinə müraciət edən şikayətçi yazır:
“Cənab Prezdent!
Cəlilabad və Lənkaran rayon prokurorlarının ailəmizə etdiyi haqsızlıqdan və mənəvi terrordan sizə böyük umüdlə sıgınıram. Bir Xocalı rayon qacqın ailəsinə qarşı edilən bu özbaşınalıga sizə etdiyim müraciətdən sonra son verləcəyinə inanıram və əminəm ki, bu vətən ugrunda saglamlıgını itrən, düşmən gülləsi ilə deyil, Cəlilabad rayon prokuroru Taryel Ələkbərovun təzyiqləri, hədələri və haqsızlığından sarsılaraq yataq xəstəsinə çevrilib dünyasını dəyişən, Qarabag əlili müharibə veteranı olan həyat yoldaşımın haqqını yerdə qoymayacaqsız.
Cənab Prezident! Bildiriş ucun qeyd edim ki, 9 övlad anasıyam, altı oglum bu vətənə olan borcunu qismən də olsa ödəyib və zərurət yarandığı təqdirdə bu Vətənə hər birini qurban vərməyə hazıram. Amma bizə qarşı baş verən haqsızlıq bu vətəni bizə dar edib.
Balaca oglumun mağazasında kassir kimi išləyən kecmiş qaynatası Quliyev Ilqar Məhərrəm oglu öz ailə uzvləri ilə əlbir olaraq oglumun nisyə şəklində gətirib işlətdiyi geyim əşyaları mağazasından 8 ay müddətində 48 min manatdan cox pul və malı mütəşəkkil şəkildə muxtəlif istiqamətə aparmış, pulu isə bank üzərindən Cəlilabad və Tərtər istiqamətinə göndərmişdir,
Oğlumun keçmiş həyat yoldaşı Ülviyyə Quliyeva, anası Nuridə, bacıları Jalə, Ləman və atası Ilqar Quliyevlə əlbir olaraq mağazadan mütəmadi pul və mal oğurladığı təkzibolunmaz faktlarla subut olunub. Oğlumun kecmiş həyat yoldası, anası və bacıları ilə oğurluğu necə etdiklərini və izi itirmək üçün məsləhət aldıgı telefon danışıgı öz telefonlarının səsyazma ("recort") proqramına qeyd olunub (səs yazısın disk şəklində işə əlavə olunub) və bu səs oğlumun əlinə kecib. Bu təkzibolunmaz fakt bizi vadar etdi ki, hüquq mühafizə orqanlarına müraciət edək və belədə oldu.
2016-cı ilin dekabr ayında Daxili İşlər Nazirliyinin 102 xidmətinə müraciət etdik və Cəlilabad rayon polis idarəsinin təhqiqatcısı Vidadi Əhədov qarşı tərəfi dindirdi. Bu dindirilmə zamanı kassir işləyən İlqar Quliyev həbs olunmadan çöldən-çölə ilkin arasdırmada mağazadan üç-dörd min oğurladıgını etiraf etdi. Polis bu ilkin nəticə barədə bizi bilgiləndirdi. Polislə aramızda baş tutan telefon danşıgımiz oglum tərəfindən qeydə alındı (polislə baş tutan telefon danşıgın disk şəklində müraciətə əlavə edirəm), polis dəfələrlə və isrərlı şəkildə qeyd edir ki, İlqar oğurluq elədiyini etiraf edib, hətta mən ona dedim ki, əgər camaatdan oğurladığın pulu qaytarmasan arvadın da, qızların da, özün də həbs olunacaqsan(Bütün bu danışıqların səs yazısını disk şəklində müraciətimə əlavə edirəm).
On gün təhqiqatdan sonra işin araşdırılması üçün Cəlilabad rayon prokurorluğuna göndərildiyini öyrəndik. Cəlilabad rayon prokurorluğunun müstəntiqi Nurlan Rahmanov ilk araşdırması oğurluğu boynuna alan Ilqar Quliyevin səmimi etraf ifadəsini dəyişməsi olub ki, bunun nəticəsində bir anda oğurluq edən “suçsuz” bir adama çevrilib. Cəmi 22 gün sürən araşdırma 19 yanvar 2017 ci ildə sonlandı, cinayət işinin başlanması rədd edildi. O zaman mərhum yoldasım sizə və digər dövlət orqanlarına olan müraciətindən sonra məcbur qalaraq Cəlilabad rayon prokuroru Taryel Ələkbərov 23 Fevral 2017-ci il tarixində həmin qərarı ləgv edərək, arasdırmanın davam etdirilməsini baş stajor Zöhrab Ədalət oğlu Verdiyeva həvalə etmişdir. Bu qərardan sonra heç bir istintaq hərəkati aparılmamış, süründürməçilik edilmiş və iki dəfə müxtəlif vaxtlarda, toplam uç dəfə cıxarılan qərar ləğv edilmiş və iki dəfə eyni müstəntiq Zöhrab Verdiyev, bir dəfə isə Nurlan Rahmanov cinayət işinin başlanmasını rədd etmişdir, Hansı ki, ortada təkzibolunmaz fakt və dəlillər olmasına baxmayaraq, araşdırma duzgun aparılmamış, əslən Cəlilabaddan olan şahidlərə təzyiq olunmuş və ifadələri dəyişdirilmişdir. Heç bir vəsadətimiz və tələbimiz tutarlı əsas gətrilmədən təmin edilməmişdir. Məsələn, Aydın adli taksi sürücüsü qeyd edir ki, İlqar Quliyev Tərtər İstiqamətinə pulu “Kapital Bank”la köçürürmüşdür. Biz isə vəsadətlə müraciət edib “Kapital Bank”a sorğu göndərilməsini xahiş etsək də, şəxsən Cəlilabad rayon Prokuroru Taryel Ələkbərov "bank sirridir" deyib, buna etraz etdi. Mərhum həyat yoldaşıma "siz yalan danşırsınız, bu ailə oğru deyil "dedi və əlimizdə olan təkzibolunmaz faktı ortaya qoyanda "bu qanunsuz yazilib" deyərək, oğrulara vəkillik edən prokurorun hərəkətləri yoldaşımı sarsıtdı və yoldaşım müvazinətini itirib yıxıldı. 7-8 ay xəstə yatan yoldaşım 16.11.2017-ci ildə haqqın dərgahına qovuşdu. 
Cənab Prezident!
Cəlilabadda qarşılaşdıgımız haqsızlıqla baglı sizə və digər aidiyyatı qurumlara müraciət etdikdən və Baş Prokurorun ədalətli araşdırmasından sonra Cəlilabad rayon prokurorluğunun üç dəfə araşdırıb və rədd etdiyi qərar ləgv olunaraq işin yenidən araşdırılması 29.12. 2017-ci ildə Lənkaran rayon prokurorluğuna həvalə olundu. 10 ay istintaq adı altında materiallar orada saxlanılsa da, heç bir araşdırmanın aparılmadıgının şahidi olduq. Bir dəfə öz təşəbbüsümüzlə Lənkəran Prokurorluğunda olduq. Əlavə heç bir araşdırma aparılmadı. Yenə vəsadətlərimiz təmin olunmadı. Oğurluğu əhatə edən aylarda mütəşəkkil dəstənin “Kapital Bank”da etdiyi bank köçürmələrinin çıxarılmasını qaldırsaq da Lənkəran rayon prokuroru Elçin Məmmədov qeyd etdi ki, "müraciət etdik, “Kapital Bank” bank sirri olduğundan, bizim bu müraciətimizə müsbət cavab verilmədi”. Təbii ki, bu deylənlər sadəcə yalan idi və Cəlilabad prokuroru Taryel Ələkbərovla dost olan Lənkəran Prokuroru dövlət qanununu yox, dostu Taryelin qərarını müdafiə etdi. 
Cənab Prezident!
Lənkəran rayon Prokurorluğunda bu işin arasdırılması 10 ay müddətində üç fərqli müstəntiqə həvalə olundu. Bizim onlardan ikisi ilə təmasımız olsa da, cinayət išinin başlanmasının rədd edilməsi barədə qərar verən müstəntiq Orxan Duşdurovla heç bir əməkdaşlıgımız olmadi. Sanki işi arasdıran müstəntiqi bizdən gizlədirdilər. Bu müstəntiqlə təmas qurmaq sadəcə mümkünsüz idi. Lənkəranda işin arasdırılmadıgını, sadəcə Cəlilabadda olan qərarın tarixini dəyişib, bizə təqdim olunmasını isbatlayan səs yazısı əlavə olnacaq müraciətə, orda sadəcə süründürməçilik var idi. Təsəvvür edin ki, işi birinci araşdıran müstəntiq Təbriz Məmmədov oğluma deyir ki, İlqar “Kapital Bank”la evinə göndərdiyi 8 min pulu yerdən tapıb gondərib.
Cənab Prezident!
Huquqi dövlətdə yaşasaq da, bəzən bu kimi saxtakarlıqlar insanlarda narahatcılıq yaradır.
İşin ən qəribə hissəsi burasıdır ki, oğruların öz telefonundan çıxan, oğurluqları isbatlayan səs yazısı Cəlilabad rayon Prokurorluğunda çıxarılan rədd qərarında təhrif olunaraq qeyd olunub və bu səs yazısının olduğu orada təsdiqlənıb. Lakin Lənkəran rayon Prokurorluğu çıxardığı qərarda ümumiyyətlə bu səs yazısından bir kəlmə də olsun qeyd aparılmayıb. Bu xüsusatlar göstərir ki, Lənkəran rayon Prokurorluğunda aparılan iş natamam və qərəzlidir.
Daha bir saxtakarlıgı ifşa edən fakt isə, ikinci müstəntiq Zamin Mehralıyevin yanaşması idi. Biz sual edəndə ki, bəs şahidləri niyə dəvət etmirsiz, işi niyə ədalətli araşdırmırsınız, müstəntiq bizə cavab verdi ki, bu iş əvvəl Cəlilabadda araşıdırılıb, bunu araşdırmaga nə gərək var? Baxın, Respubilka Prokurorlugunun qərarına bir rayonun müstəntiqinin etdiyi sayğısızlıq, təəccüb və təəssüf dogurmaya bilməz.
Cənab Prezdent!
Mən İlahi ədalətə inanıram, Hüquqi dövlətimin qanunlarına və onun Ali Baş Komandanına ınanıram, Yaşlı bir ana kimi Sizdən xahiş edirəm, bu işi öz nəzarətinizə götürüb, işin yenidən obyektiv araşdırılmasına və araşdırmanın Baki ətrafı rayonlardan birinə həvalə olunmasına göstəriş verəsiniz”.
Muxalifet.az
Redaksiyadan: Yazıda adları qeyd olunan şəxslərin və qurumların mövqeyini dərc etməyə hazırıq.