45 yaşlı kişi qətlə yetirildi - BAKIDA

Bakıda qətl törədilib.
Muxalifət.az xəbər verir ki, hadisə paytaxtın Qaradağ rayonu, Lökbatan qəsəbəsində qeydə alınıb. Qəsəbə sakini, 1963-cü il təvəllüdlü İsgəndər Şükür oğlu Hüseynov aralarında yaranmış mübahisə zəminində tanışı, 1972-ci il təvəllüdlü İlqar Yelmar oğlu Mirzəyevi bıçaqlayaraq öldürüb.
Ş. Hüseynov saxlanılıb.
Faktla bağlı Qaradağ rayon Prokurorluğundan Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb, istintaq gedir./apa/