4,5 milyonluq dələduzluqda ittiham olunan azərbaycanlılar günahlarını ETİRAF ETDİLƏR

Baxış sayı:
3403

İyulun sonlarında 4,5 milyon dollarlıq dələduzluqda şübhəli bilinərək ABŞ-da saxlanılmış bir neçə ölkənin vətəndaşları günahlarını qismən etiraf ediblər.

Muxalifet.az virtualaz.org-a istinadən xəbər verir ki, Rusiyanın Nyu-Yorkdakı Baş konsulluğunun məlumatına görə, bir neçə gün öncə bütün şübhəlilər Nyu-York həbsxanasına köçürülüblər və ilk məhkəmə iclasında iştirak ediblər.

Mənbənin sözlərinə görə, saxlanılanlar şübhəli şəxs statusundan ittiham edilən statusuna keçiriliblər. Onlara girov müqabilində azadlığa çıxmaqda imtina edilib. Saxlanılanlara dövlət tərəfindən pulsuz vəkil təqdim olunub.

Məhkəmənin növbəti iclası sentyabrın 25-də keçiriləcək.

Nə baş verib?

İyulun sonlarında ABŞ Ədliyyə Nazirliyi məlumat verib ki, 25 nəfər dələduzluqda şübhəli bilinərək saxlanılıb. Onların arasında 5 Rusiya vətəndaşı, 5 Gürcüstan vətəndaşı, 4 Azərbaycan vətəndaşı, 3 Qazaxıstan vətəndaşı, iki Latviya və daha iki Ukrayna vətəndaşı var. İttiham olunanlardan bir neçəsi Türkiyə və ABŞ vətəndaşıdır.

Saxlanılanlar avtomobil satışı üzrə yalan elanların  yerləşdirilməsində, aldadılmış vətəndaşlardan pulun alınmasından sonra aradan çıxmaqda ittiham olunurlar. Bu yolla ABŞ vətəndaşlarına ümumilikdə 4,5 milyon dollar ziyan vurulub.

İttiham olunanları 20 ildən 30 ilə qədər həbs cəzası gözləyir.